Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Moore Stephens Azərbaycan" MMC-dir.
Qalib şirkətə 23,6 min manat ödəniləcək.