"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərovdur.
Qalibə ümumilikdə 249,6 min manat ödəniləcək ki, bu da aylıq 31 200 manat ödəniş deməkdir.
Xatırladaq ki, "Dost İş Mərkəzi" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması üzrə müqavilələrin rəsmiləşdirilməsini təmin edir.