Azərbaycanın 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Bu barədə “Report” DGK-nə istinadən xəbər verib.
Bununla da büdcə öhdəliyi 100 % icra olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsumu və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8 % təşkil edib.
milyon manatla
Gömrük |
2023-cü il |
2024-cü il |
2023-2024-cü illər üzrə daxilolmanın fərqi |
||||||||
Proqnoz |
Daxilolma |
Fərq |
İcra (%) |
Proqnoz |
Daxilolma |
Fərq |
İcra (%) |
məbləğlə |
%-lə |
||
Cəmi |
3 028,58 |
3 075,37 |
46,78 |
101,5 |
3 252,19 |
3 252,22 |
0,03 |
100,0 |
176,85 |
5,8 |
|