Dövlət Neft Fondu auditor seçir

Dövlət Neft Fondu auditor seçir 2020-ci il üzrə maliyyə fəaliyyəti barədə illik hesabatının tərtibat və çap işlərinin satınalınması üçün təkliflər sorğusu elan edilib
Maliyyə
5 May , 2021 09:22
Dövlət Neft Fondu auditor seçir

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci il üzrə müstəqil auditor rəyi də daxil olmaqla maliyyə fəaliyyəti barədə illik hesabatının tərtibat və çap işlərinin satınalınması üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 17-si, saat 18:00-a qədər fondun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim edə bilərlər. Telefon: (012) 498-77-53.

Təkliflərə mayın 18-i, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi