Bu ilin I rübündə Dövlət Neft Fondundan büdcəyə 2 513,7 milyon manat vəsait transfert edilib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 536,3 milyon manat və yaxud 17,6 % azdır.
Proqnozun tam yerinə yetirilməməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin büdcə proqnozunu artıqlaması ilə icra etməsi və büdcə kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması ilə bağlıdır.