Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi aktivləri 74 milyard 403,293 milyon manata çatıb.
“Report” xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.
Ötən ilin sonuna Neft Fondunun investisiya mülkiyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,1 % azalaraq 1 milyard 784,534 milyon manata, birgə müəssisələrə investisiyaları 0,6 % artaraq 1 milyard 053,977 milyon manata, pul vəsaitləri və onların ekvivalentləri 56,7 % artaraq 4 milyard 059,687 milyon manata, mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə ölçülən maliyyə aktivləri 4,6 % azalaraq 56 milyard 870,415 milyon manata, qızıl külçələri isə 25,2 % artaraq 10 milyard 490,279 milyon manata çatıb.