Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi gəlirlərinin ilin sonuna 5053,9 milyon manat və yaxud proqnoz göstəricisinin 98,2%-i həddində olacağı planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "DSMF-nin 2022-ci il büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Bundan başqa, sənəddə deyilir ki, fondun ümumi gəlirlərinin tərkib elementi olan Məcburi Dövlət Sosial Sığorta Haqqları üzrə gəlirlər isə ilin sonuna 3 736,7 milyon manat təşkil edəcək.