Dünya Bankının (DB) Azərbaycan üzrə keçmiş meneceri Navid Həsən Naqvi bundan sonrakı fəaliyyətini Qırğızıstanda davam etdirəcək.
Bu barədə məlumatı qurumun Azərbaycandakı nümayəndəliyindən "Report"a təsdiq ediblər.
Bildirilir ki, o, öz səlahiyyətlərinin icrasına 2020-ci ilin avqustun 1-də başlamalıdır.
Xatırladaq ki, iyulun 1-də Azərbaycanda səlahiyyət müddəti bitən Navid Naqvi 2016-cı ildən bu vəzifəni icra edir.
Onun yerinə isə Azərbaycan üzrə menecer vəzifəsinə Sara Maykl (Sarah Michael) təyin olunub.
Əlavə edək ki, Azərbaycan bir çox ölkələr kimi koronavirus (COVID-19) pandemiyası səbəbindən beynəlxalq uçuşları ləğv edib. Bu səbəbdən də S.Mayklın Azərbaycana gələrək vəzifəsinin icrasına başlaması və N.Naqvinin isə ölkəni tərk etməsi yubanır.