Dünya ÜDM-inin azalmasına dair proqnoz yeniləndi

Dünya ÜDM-inin azalmasına dair proqnoz yeniləndi “Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci ildə dünya ÜDM-in azalmasına dair proqnozunu iyun ayındakı 4,6 faizə qarşı 4,4 faiz olaraq açıqlayıb.
Maliyyə
8 Sentyabr , 2020 15:16
Dünya ÜDM-inin azalmasına dair proqnoz yeniləndi

“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci ildə dünya ÜDM-inin azalmasına dair proqnozunu iyun ayındakı 4,6 faizə qarşı 4,4 faiz olaraq açıqlayıb.

“Report” xəbər verir ki, sentyabr ayının “Global Economic Outlook” hesabatına görə, pandemiya şəraitində iqtisadi fəaliyyətlər gözlənildiyindən daha tez bərpa olunur.

“Çin artıq ÜDM-sini böhrandan əvvəlki səviyyəyə qaytarıb. ABŞ, Böyük Britaniya və Fransada pərakəndə ticarət göstəriciləri fevral səviyyəsini üstələyir. Buna baxmayaraq, iqtisadiyyatın V şəkilli bərpa olunacağına əmin deyilik”, - deyə “Fitch Ratings”in baş iqtisadçısı Brayan Kolton qeyd edib.

Ekspertin fikrincə, dünya iqtisadiyyatının dirçəlişi yaxın vaxtlarda yenidən yavaşlaya bilər: “Avropada işsizlik hələ özünü ciddi şəkildə göstərəcək, çünki şirkətlər sərmayə yatırımlarını azaldır, sosial məsafə qaydası üzündən fərdi istehlak hələ də məhdud səviyyədədir”.

Bununla yanaşı, “Fitch”in qənaətincə ABŞ ÜDM-si iyun ehtimalına qarşı 5,6 faiz yox, 4,6 faiz azalacaq. Eyni zamanda avrozona ÜDM-si üçün azalma proqnozu 8 faizdən 9 faizədək, Çin istisna olmaqla, inkişaf edən ölkələr üçün 4,7 faizdən 5,7 faizədək artırılıb. Çində iqtisadi artım proqnozu hələ iyul ayının sonunda 1,2 faizdən 2,7 faizədək artırılmışdı.

Son xəbərlər

Orphus sistemi