Dünyada ÜDM artımına dair proqnoz yenilənib

Dünyada ÜDM artımına dair proqnoz yenilənib “Fich Ratings” beynəlxalq agentliyi 2021-ci ildə dünya ÜDM-sinin artımına dair proqnozunu dekabr ayındakı 5,3 faizdən 6,1 faizədək artırıb
Maliyyə
18 Mart , 2021 13:48
Dünyada ÜDM artımına dair proqnoz yenilənib

“Fich Ratings” Beynəlxalq Agentliyi 2021-ci ildə dünya ümumi daxili məhsulun (ÜDM) artımına dair proqnozunu dekabr ayındakı 5,3 faizdən 6,1 faizədək artırıb.

“Report” xəbər verir ki, təşkilatın hesabatında dünya ÜDM-nin gözlədikləri 3,7 faizə qarşı 3,4 faiz azalıb. 2021-ci ildə dünya ÜDM həcminin 2019-cu ilə nisbətən 2,5 faiz çox olacağı da güman edilir.

“Dövlət dəstəyinin xeyli artması, iqtisadiyyatın sosial məsafə qaydasına uyğunlaşması, peyvəndləmənin getdikcə geniş vüsət alması nəticəsində dünya iqtisadi artıma dair nikbinlik də artır”, – hesabatda deyilir.

Dünya iqtisadiyyatına dair proqnozun yenilənməsinə başlıca əsasın bu yaxınlarda ABŞ hökumətinin qəbul etdiyi 1,9 trilyon dollarlıq (dünya ÜDM-nin 2,5 faizdən çoxu) iqtisadi dəstək proqramının olduğu qeyd edilir.

O cümlədən ABŞ-da ÜDM artımının əvvəlki 4,5 faizə qarşı 6,2 faiz, Çində 8 faizə qarşı 8,4 faiz, avrozonada əvvəlki proqnozdakı kimi 4,7 faiz, inkişaf edən ölkələrdə isə (Çin istisna olmaqla) 5 faizə qarşı 6 faiz səviyyəsində gözlənilir.

Son xəbərlər

Orphus sistemi