Bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 3 % azalacaq.
“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hazırladığı hesabatda deyilir.
Hesabata görə, 2021-ci ildə Azərbaycan iqtisadi inkişafa nail olacaq: “2021-ci ildə 2,5 %-lik real ÜDM artımı gözlənilir".
Qeyd edək ki, 2019-cu ilin noyabrında çıxan eyni adlı hesabata görə, bu il Azərbaycanda 2,4 %-lik artım olacağı qeyd edilirdi. Mayda dərc edilən hesabata əsasən isə bu il üçün 3 %-lik geriləmə proqnozlaşdırılırdı, gələn il üçün isə 3 %-lik artım.