EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu artırıb

EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu artırıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il və gələn il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.
Maliyyə
4 Noyabr , 2021 10:31
EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il və gələn il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının noyabr sayında bildirilib.

Sənədə əsasən, bu il Azərbaycanın iqtisadi arımı 4 % olması gözlənilir ki, bu da bankın iyun proqnozu ilə müqayisədə 2 faiz bəndi çoxdur.

EBRD gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu isə iyun ayı ilə müqayisədə 0,7 faiz bəndi yaxşılaşdıraraq 3,2 %-ə çatdırıb.

"Bu ilin yanvar-sentyabr aylarında ÜDM-nin artımı illik müqayisədə 4,8 %-ə yüksəlib, bu, əsasən qeyri-neft sektorunun 6,2 %-lik artımı hesabına baş verib. Bununla belə, neft hasilatı Azərbaycanın OPEC+ razılaşması qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq yalnız tədricən artır. Bu səbəbdən, eyni dövrdə neft və qaz ÜDM-in artımı 1,4 % səviyyəsində mülayim qalıb.

Əlverişli karbohidrogen qiymətləri, bu ilin I rübündə cari hesabın profisitə çevrilməsinə kömək edib. Valyuta sabitliyinə baxmayaraq, artan qlobal əmtəə və logistika xidmətləri qiymətləri, orta illik inflyasiya bu ilin sentyabr ayında 8,5 %-ə yüksəlməsinə səbəb olub. İnflyasiyanın hədəfdən (4 % +/- 2 %) yüksək olması səbəbi ilə, Azərbaycan Mərkəzi Bankı sentyabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 6,5 %-ə yüksəldib", - hesabatda deyilir.

Bankın analitikləri hesab edir ki, artan tələb və neft hasilatı kvotalarının tədricən artırılmasının gözlənilən davamı ilə dəstəklənən yüksək neft qiymətləri, bu ilin II yarısında ümumi iqtisadi göstəriciləri dəstəkləyəcək: "Bu əsasda, Azərbaycan iqtisadiyyatının bu il 4 %, gələn il isə 3,2 % artması gözlənilir".

Son xəbərlər

Orphus sistemi