EBRD ilə milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı müzakirə edilib

EBRD ilə milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı müzakirə edilib "Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu illik toplantısında koronavirus (COVID-19) pandemiyasının sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı barədə müzakirələr apardıq".
Maliyyə
1 İyul , 2021 17:29
EBRD ilə milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı müzakirə edilib
Mikayıl Cabbarov

"Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 30-cu illik toplantısında koronavirus (COVID-19) pandemiyasının sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı barədə müzakirələr apardıq".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"EBRD-nin “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində müəyyən edilmiş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və EBRD arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır", - deyə o, qeyd edib.

Xatırladaq ki, EBRD-yə üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında baş tutmuş sözügedən toplantıda M.Cabbarov da çıxış edib. O, Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, EBRD-nin hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayıb, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ilin yanvar-may aylarına ÜDM 0,8%, qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5% artıb.

Plenar sessiyada işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurulmasında, bu ərazilərə əhalimizin böyük qayıdışının təmin edilməsində, nəqliyyat-tranzit, logistika, “yaşıl iqtisadiyyat” və bərpaolunan enerji sahələrində Azərbaycanla AYİB-in əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Toplantıda EBRD-nin strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, maliyyə hesabatları dinlənilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi