ECB İdarə Heyətinin üzvü faiz artımının 3,5 %-dən yuxarı olacağını proqnozlaşdırır

ECB İdarə Heyətinin üzvü faiz artımının 3,5 %-dən yuxarı olacağını proqnozlaşdırır Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 3,5 %-dən yuxarı qaldıra bilər və 2023-cü ildə onu azaltmaq ehtimalı azdır.
Maliyyə
15 Fevral , 2023 13:38
ECB İdarə Heyətinin üzvü faiz artımının 3,5 %-dən yuxarı olacağını proqnozlaşdırır

Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 3,5 %-dən yuxarı qaldıra bilər və 2023-cü ildə onu azaltmaq ehtimalı azdır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal”a ECB İdarə Heyətinin üzvü və İrlandiya Mərkəzi Bankının rəhbəri Qabriel Makluf məlumat verib.

“Mən 3,5 %-dən yüksək faiz dərəcəsi təsəvvür edə bilirəm. İnflyasiyanın hədəf səviyyəmizə qayıtması üçün qəti addımlar atmağa hazıram”, - o qeyd edib.

Xatırladaq ki, hazırda ECB-nin faiz dərəcəsi 2,5 % təşkil edir ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir. Avrozonada inflyasiya ötən ilin dekabrında 9,2 % təşkil edib. Amma bu göstərici 2023-cü ilin yanvarında 8,5 %-ə enib.

Avropa Komissiyasının proqnozuna əsasən, 2023-cü ildə inflyasiya 5,6 % olacaq, 2024-cü ildə 2,5 %-ə enəcək.

Son xəbərlər

Orphus sistemi