Avropa Mərkəzi Bankı (ECB) kreditlər üzrə faiz dərəcəsini dəyişməyib. Bundan başqa, depozitlər üzrə faiz dərəcəsi - 0,5%, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi 0,25% səviyyəsində saxlanılıb.
“Report” xəbər verir ki, müvafiq qərar bankın İdarəetmə Şurasının iclasında qəbul edilib.
Bununla belə, ECB sentyabr ayında keçiriləcək iclasda əsas faiz dərəcələrini artırmaq niyyətindədir.