ECO Ticarət və İnkişaf Bankı Azərbaycana 2 milyon dollar kredit ayırıb

ECO Ticarət və İnkişaf Bankı Azərbaycana 2 milyon dollar kredit ayırıb “Turan Bank” ASC və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
Maliyyə
28 Yanvar , 2021 11:03
ECO Ticarət və İnkişaf Bankı Azərbaycana 2 milyon dollar kredit ayırıb

“Turan Bank” ASC və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.

“Report” bu barədə “Turan Bank”a istinadən xəbər verir.

Məlumata görə, cəlb olunan vəsaitlər həm üzv, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

“Bu, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış sayca 3-cü sazişidir. Belə ki, Bank əvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb edib”, - deyə “Turan Bank”ın açıqlamasında qeyd olunub.

ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Bank region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi