Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşillaşdırma və Landşaft Quruluşu" ASC 2020-ci il maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 20-si, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 61 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 424-32-83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.