Ekspertlər: "Rusiyanın SWIFT-dən “ayrılması” ölkənin iqtisadiyyatına atılan atom bombası olacaqdı"

Ekspertlər: "Rusiyanın SWIFT-dən “ayrılması” ölkənin iqtisadiyyatına atılan atom bombası olacaqdı" Ötən gün Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi əməliyyatlara cavab olaraq ABŞ və Avropa bu ölkəyə qarşı sanksiyaların tətbiqinə başlayıb. Tətbiq olunması nəzərdə tutulan sanksiyalar arasında Rusiyanın beynəlxalq banklararası sistemi olan SWIFT-dən
Maliyyə
25 Fevral , 2022 15:52
Ekspertlər: Rusiyanın SWIFT-dən “ayrılması” ölkənin iqtisadiyyatına atılan atom bombası olacaqdı

Ötən gün Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi əməliyyatlara cavab olaraq ABŞ və Avropa bu ölkəyə qarşı sanksiyaların tətbiqinə başlayıb. Tətbiq olunması nəzərdə tutulan sanksiyalar arasında Rusiyanın beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayrılmasıdır. Hazırda bu ideya Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən aktiv şəkildə təbliğ edilir.

Bəs Rusiyanın SWIFT-dən ayrılması şimal qonşumuza nə vəd edir?

Məsələni “Report”a şərh edən beynəlxalq ödəniş sistemləri üzrə mütəxəssislər hər hansı bir ölkəni dollarla hesablaşmalardan ayırmaq üçün təkcə SWIFT-ini “söndürmək” kifayət deyildir.

Onların fikirlərinə görə, bunun üçün həm də Amerika banklarına SWIFT-dən çıxarılan ölkənin bankları üçün dollarda hesablaşma hesabları saxlamağı qadağan etmək lazımdır: “Eyni zamanda bütün Avropa banklarına qadağa bildirilməlidir ki, SWIFT-dən çıxarılan ölkənin banklarında dollarla müxbir hesabların açılmasına artıq dünyanın heç bir bankına icazə verilmir, əks halda onlar sanksiyalara məruz qalacaqlar. Bu tədbir SWIFT-dən çıxarılan ölkənin iqtisadiyyatına atılan atom bombası olacaqdır”.

SWIFT-dən çıxan olkə sıfırdan, müasir prinsiplərə əsaslanan yenisini yarada bilər. Amma problem ondadır ki, işləmək istədiyiniz bütün dünya bankları buna inanmalı və bu sistemə qoşulmalıdırlar. Amerika bankları yeni sistemlə işləmək istəməsələr, sistem dollarla ödəniş edə bilməyəcək. Avropalılar işləmək istəməsələr - avro ilə ödənişlər haqqında məlumat köçürə bilməzsiniz və s.

2019-cu ildə Avropa İttifaqı tərəfindən xüsusi olaraq ticarət əməliyyatlarını həyata keçirilməsində ABŞ sanksiyalarına tuş gəlməmək üçün Instrument in Support of Trade Exchanges (INSTEX) yarandı. Amma SWIFT –dən çıxan ölkəni INSTEX-ə qəbul edəcəklərmi? Məsələ iqtisadi yox, siyasi olduğuna görə real görülmür. Həm də ki, bu sistem yalnız Avropa pulları ilə işləyir. Bir çox əqdlər isə əlbəttə ki, ABŞ dolları ilə keçir.

Həmçinin, gedən və daxil olan ödənişləri emal etmək üçün SWIFT-dən ayrılan ölkənin bankları hansısa yeni formatda müxbir bankları ilə əlaqə saxlayacaqlar. Onların razılığı ilə yeni işçiləri işə götürməli və avadanlıq quraşdırmalıdırlar. Bütün bunlar ödənişlərin dəyərini artıracaq. Bu, hər iki tərəf üçün həddindən çox əlavə əl işi olacaq, maliyyə bazarlarında əməliyyatların tənzimlənməsi çox çətinləşəcək”.

Xatırladaq ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication-Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) - məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. Əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Ödənişlər üçün bankın SWIFT şifrəsini və alıcının IBAN nömrəsini bilmək lazımdır. Bu günə kimi İran və Şimali Koreya bu sistemdən “ayrılıb”.

Son xəbərlər

Orphus sistemi