Elektron Hökumətin İnkişafı Mərkəzi auditor seçir

Elektron Hökumətin İnkişafı Mərkəzi auditor seçir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.
Maliyyə
23 İyun , 2021 11:16
Elektron Hökumətin İnkişafı Mərkəzi auditor seçir

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 15-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 27-si, saat 11:00-a qədər dövlət satınalnmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (12) 444-74-44 (daxili: 3185).

Nəticələr iyulun 28-də, saat 11:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi