Elman Rüstəmov: "2021-ci ildə İnflyasiya hədəf diapazonunda formalaşacaq"

Elman Rüstəmov: "2021-ci ildə İnflyasiya hədəf diapazonunda formalaşacaq" Bu ilin birinci rübündə orta illik inflyasiya 2,2% olub
Maliyyə
30 Aprel , 2021 12:09
Elman Rüstəmov: 2021-ci ildə İnflyasiya hədəf diapazonunda formalaşacaq
Elman Rüstəmov

"Bu ilin birinci rübündə orta illik inflyasiya 2,2 % olub".

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov ilin sonuna olan proqnozları da açıqlayıb:

“Apreldə yenilənmiş proqnozlara görə, inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir. Neft qiymətləri 62 ABŞ dolları üstələyib və beynəlxalq maliyyə institutlarının da proqnozuna görə, cari səviyyədə qalacaq”.

Son xəbərlər

Orphus sistemi