Elman Rüstəmov: "Antiinflyasiya şəraiti qorunur"

Elman Rüstəmov: "Antiinflyasiya şəraiti qorunur" Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə (4%) yaxın olacağı proqnozlaşdırılır.
Maliyyə
30 İyul , 2021 12:15
Elman Rüstəmov: Antiinflyasiya şəraiti qorunur

Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə (4%) yaxın olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında bildirib.

"Monetar siyasət nəticəsində antiinflyasiya şəraiti qorunur. AMB-nin uçot dərəcəsi ilə bağlı son qərarından sonra 0,5%-lik defilyasiya qeydə alınıb", - o qeyd edib.

E.Rüstəmov dünya bazarında neftin 1 barelinin qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb və bu rəqəmin ilin sonuna doğru 65 dollar ola biləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi