“Hazırda Azərbaycanın bank sektorunda 7,8 milyard manat əmanət var, bunun isə 6,4 milyard manatı qorunur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Gələn il mart ayında banklara əmanət qoyuluşuna dair bir sıra yeniliklərlə çıxış edəcəyik”, - o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, koronavirus pandemiyasına və Vətən müharibəsinə baxmayaraq maliyyə sistemi bu ili yaxşı göstəricilərlə başa vuracaq: Bu gün dövlətimizin qarşısında duran çox ciddi çağırışlar var".