"Bu il Azərbaycanda cari əməliyyatlar balansının (CƏB) qalığı ümumi daxili məhsulun (ÜDM) 10 %-nə çata bilər".
"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, bu, dünya bazarında neftinin 1 barelinin qiymətinin orta hesabla 70 ABŞ dolları (konsensus qiyməti) olması halında mümkündür.
"Əgər qiymət 50 ABŞ dolları olsa cari əməliyyatlar balansının qalığı ÜDM-in 4 %-i qədər olacaq.
"Profisitli tədiyə balansı ölkənin valyuta ehtiyatlarının artmasına şərait yaradır", - deyə E.Rüstəmov əlavə edib.