Elman Rüstəmov: "Kriptovalyuta bazarından təhdid görmürük"

Elman Rüstəmov: "Kriptovalyuta bazarından təhdid görmürük" “Azərbaycanda da kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur”.
Maliyyə
28 Yanvar , 2022 13:36
Elman Rüstəmov: Kriptovalyuta bazarından təhdid görmürük
Elman Rüstəmov

“Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur”.

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib. O bildirib ki, kriptovalyutadan istifadənin məhdudlaşdırıldığı qonşu Türkiyə və Rusiyada kriptovalyuta istifadəçiləri və bu sahəyə yönəldilən maliyyə haqqında dəqiq məlumat yoxdur:

“O cümlədən, Azərbaycanda da kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur. Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır”.

Mərkəzi Bankının sədri Elman Rüstəmov isə ölkəmizin kriptovalyutanın geniş istifadə olunduğu ölkələrin banklarının fəaliyyətini izlənildiyini bildirdi:

“Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük”.

Son xəbərlər

Orphus sistemi