"Son 9 ildə Avropa şirkətləri Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb".
"Report" xəbər verir ki, bunu bu gün Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişin imzalanması mərasimində Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir: "Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 55-ə yaxın tvinninq layihəsini icra edib. Biz həmçinin Dünya Bankı ilə də nəqliyyat, kənd təsərrüfatı, meliorasiya, sosial sahə və başqa sahələrdə sıx əməkdaşlıq edirik. Dünya Bankı bu vaxta qədər Azərbaycana təxminən 96 layihə üzrə 20 milyon ABŞ dolları dəyərində texniki dəstək verib".
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün Azərbaycana ümumilikdə 3,5 milyard ABŞ dolları məbləğində kredit ayırıb.