Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi 2,3 mln manat gəlir əldə edib

Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi 2,3 mln manat gəlir əldə edib Bunun 2,289 milyon manatı əsas əməliyyat gəlirləri təşkil edib
Maliyyə
10 İyul , 2021 10:53
Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi 2,3 mln manat gəlir əldə edib

2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC 2,292 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bunun 2,289 milyon manatı əsas əməliyyat gəlirləri, 2,5 min manatı isə sair əməliyyat gəlirləri təşkil edib.

Ötən il şirkətin xərcləri isə 2,199 milyon manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 17 min manat, işçi heyəti üzrə xərclər 1,575 milyon manat, amortizasiya xərcləri 15 min manat, digər əməliyyat xərcləri 591 min manat olub.

Son xəbərlər

Orphus sistemi