Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 18-i, saat 16:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ("Çinar Plaza" iş mərkəzi) ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 598-16-53/54 (daxili: 1161) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.