"Fitch" beynəlxalq reytinq agentliyi indiyə qədər Rusiyanın kommersiya qurumlarına verdiyi reytinqləri geri çağıracaq.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, bu addımın aprelin 15-nə qədər atılması nəzərdə tutulur.
Xatırladaq ki, "Fitch" martın 7-dən Rusiyada fəaliyyətini dayandırıb. Agentlik bir qədər əvvəl bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi 1-ci də daxil olmaqla MDB ölkələrinin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək.