"Fitch Ratings": "Azərbaycanda bu il inflyasiya 8,7 % səviyyəsində olacaq"

"Fitch Ratings": "Azərbaycanda bu il inflyasiya 8,7 % səviyyəsində olacaq" "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanda illik inflyasiya 8,7 % səviyyəsində olacaq.
Maliyyə
7 Aprel , 2022 17:01
Fitch Ratings: Azərbaycanda bu il inflyasiya 8,7 % səviyyəsində olacaq

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanda illik inflyasiya 8,7 % səviyyəsində olacaq.

“Report” xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.

Sənədə əsasən, bu, əvvəlki proqnoz ilə müqayisədə 2,3 faiz bəndi çoxdur.

"Fitch Ratings" region ölkələrindən Gürcüstanın inflyasiya gözləntisini 4,5 faiz bəndi artıraraq 10 %-ə, Ermənistanda isə 3,5 faiz bəndi artıraraq 8,5 %-ə çatdırıb.

İqtisadiyyata güvən, investisiya və istehlak xərclərinə təsir edəcək,  inflyasiyanın daha da yüksəlməsi ikinci üzərində təzyiq yaradacaq.

"Fitch" bütün MDB+ ölkələri üzrə inflyasiya proqnozlarına yenidən baxıb və artırıb, yüksək ərzaq və enerji qiymətləri və valyuta məzənnəsinin ucuzlaşmasının təsiri ilə, bu il region ölklərində illik inflyasiya orta hesabla 8,5 %-dən yüksək olması gözlənilir.

"Bir sıra dövlətlərdə əsas məhsullara qiymət nəzarəti tətbiq edilib və ya genişləndirilib, bunun, əmtəə qiymətlərinin artım təsirlərinə nisbətən kiçik olsa da, əlavə maliyyə xərcləri olacaq. Həmçinin pul-kredit siyasəti sərtləşməyə davam edəcək, bu da, böyüməyi daha da yavaşladacaq.

Daha zəif böyümə və yüksək inflyasiya təsirləri, regionun əsas ixracatçılarında karbohidrogen ixracı daxilolmalarının ehtimal olunan böyük artımına qarşı balanslaşdırır. Bu, daha çox Avropaya qaz ixrac edən və güclü tələbat və yüksək qiymətlərdən faydalanan Azərbaycanda özünü göstərir", - "Fitch" bildirir.

 

Son xəbərlər

Orphus sistemi