“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib

“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Türkiyənin kredit proqnozunu "stabil"dən "mənfi" səviyyəyə endirib, kredit reytinqini "BB-" səviyyəsində təsdiqləyib.
Maliyyə
22 Avqust , 2020 09:29
“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib

“Fitch" beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən "BB-" səviyyəsində təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz "Sabit"dən "Mənfi"yə dəyişdirilib. 

"Fitch" bəyan edib ki, Türkiyənin valyuta ehtiyatlarında tükənmə müşahidə olunur, pul siyasəti zəifdir, cari əməliyyatlar balansında kəsir var və bütün bunlar ölkənin xarici maliyyə risklərini artırır. Agentlik hesab edir ki, bu il Türkiyə iqtisadiyyatı 3,9% kiçiləcək, gələn il isə 5,4% böyüyəcək. 

Son xəbərlər

Orphus sistemi