Fransanın investisiya bankı 640 işçisini ixtisar edəcək

Fransanın investisiya bankı 640 işçisini ixtisar edəcək İxtisar planı əsasən bazar fəaliyyəti və əlaqəli sektorlarda aparılacaq
Maliyyə
9 Noyabr , 2020 12:48
Fransanın investisiya bankı 640 işçisini ixtisar edəcək

Fransanın “Societe Generale” (SocGen) investisiya bankı xərcləri azaltmaq planları çərçivəsində 640 işçisini ixtisar edəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bank məcburi işdən çıxarmalara getməyəcək.

Məlumata görə, ixtisar planı əsasən bazar fəaliyyəti və əlaqəli sektorlarda aparılacaq. Bu plan çərçivəsində gələcək 3 ildə “SocGen” xərclərini 450 milyon avro (405,7 milyon funt sterlinq) azaltmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi