Funt dollar qarşısında ucuzlaşır

Funt dollar qarşısında ucuzlaşır Böyük Britaniya ilə Aİ arasındakı ticarət razılaşmaları ətrafındakı vəziyyət Britaniya valyutasının məzənnəsinə birbaşa təsir edir.
Maliyyə
19 Noyabr , 2020 12:29
Funt dollar qarşısında ucuzlaşır

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı (Brexit) ilə bağlı şərtlərdəki və ticarət razılaşmaları üzrə risklərdəki qeyri-müəyyənliklər fonunda funt sterlinq dollara nisbətdə dəyər itirir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 09:30-a olan məlumata görə, funt sterlinqin dollara olan nisbəti 1,3269-dan 1,3232-yə düşüb. Eyni zamanda, avronun dollara nisbətində də azalma müşahidə olunur: 1,1852-dən 1,1846-ya düşüb.

Böyük Britaniya ilə Aİ arasındakı ticarət razılaşmaları ətrafındakı vəziyyət Britaniya valyutasının məzənnəsinə birbaşa təsir edir. Daha əvvəl “Times” qəzeti Aİ-nin yüksək səviyyəli diplomatına istinadən Aİ liderlərinin cümə axşamı Avropa Komissiyasından “Brexit”dən sonra ticarət sazişi ilə bağlı danışıqların uğursuz olacağı təqdirdə planlarını dərc etməsini tələb edəcəklərini yazmışdı.

Qeyd edək ki, London və Brüssel arasında “Brexit”dən sonra ticarət sazişinin müddəalarına dair danışıqlar bir neçə aydır “yerində sayır”. Tərəflər arasındakı əsas fikir ayrılıqları balıqçılıq rejimi ilə bağlıdır. Ticarət sazişi barədə razılığa gəlmək üçün son tarix artıq bitib. Razılıq əldə olunduqdan sonra və onun 2021-ci ilin yanvarından qüvvəyə minməsi üçün sənəd ratifikasiya olunmalıdır, bu səbəbdən tərəflərin kompromiss əldə etmək üçün çox az vaxtı qalır.

Son xəbərlər

Orphus sistemi