Gələn həftə Bakıda "International Innovation Management and TRIZ Conference" keçiriləcək

Gələn həftə Bakıda "International Innovation Management and TRIZ Conference" keçiriləcək Dekabrın 7-10-da Innovation Management and TRIZ Institute, Türkiyə Cümhuriyyətinin Qazi Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşəbbüsü ilə Bakı şəhərində "International Innovation Management and TRIZ Conference" (IIMTC) adlı elmi
Maliyyə
2 Dekabr , 2023 14:41
Gələn həftə Bakıda International Innovation Management and TRIZ Conference keçiriləcək

Dekabrın 7-10-da Innovation "Management and TRIZ Institute", Türkiyə Cümhuriyyətinin Qazi Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyasının birgə təşəbbüsü ilə Bakı şəhərində "International Innovation Management and TRIZ Conference" (IIMTC) adlı elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, tədbirlə əlaqədar mətbuat nümayəndələri ilə görüş keçirilib.

Görüşdə iştirak edən konfransın təşkilat komitəsinin rəhbərliyi - MAA-nın yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev, İnnovation "Management and TRİZ İnstitute"nun (IMTI) İdarə Heyətinin sədri Ali Kutvan gözlənilən tədbir haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat təqdim ediblər.

Daha sonra IIMTC-nın müasir dövrdə təhsil alanlara innovasiya texnologiyalarının, TRİZ ixtira alətlərinin (TRİZ- ixtira məsələlərinin həlli nəzəriyyəsi) təşviq edilməsinin əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, tədbir beynəlxalq səviyyədə elm xadimləri, alim və tədqiqatçıların iştirakı ilə təşkil olunur və təqdim olunan məqalə və materiallar “Web of Science”, “Scobus”, EBSCO kimi beynəlxalq akademik indekslər vasitəsilə qeydiyyatdan keçiriləcək.

Bildirilib ki, tədbirin açılış mərasimində "TRİZ nəzəriyyəsi ixtira alətlərinin Ali Təhsil Müəssisələrinin tədris prosesində istifadə imkanları haqqında" adlı Panel Sessiyasının təşkili nəzərdə tutulur. Konfransda TRIZ nəzəriyyəsinin müəllifi, görkəmli ixtiraçı, yazıçı-fantast, bakılı Genrih Sauloviç Altşullerin xatirəsinə Şərəf Medalın IIMTC təşkilat komitəsi tərəfindən seçilmiş namizədlərə təltif etmə mərasimi keçiriləcək.

Konfransın ardıcıl olacağı və 2024-cü ildə Boston, 2025-ci ildə İstanbul, digər illərdə isə Seul, Berlin və Tokyoda keçiriləcəyi qeyd edilib. Həmçinin bildirilib ki, Təşkilat Komitəsi tərəfindən Altshuller şərəfinə yaxın zamanda Qərb Universitetində barelyef qoyulacaq.

Son xəbərlər

Orphus sistemi