2021-ci ildə Azərbaycanda sair daxilolmalar üzrə dövlət büdcəsində 236 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 144 milyon manat və yaxud 2,6 dəfə azdır.
“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcəsi layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, sözügedən məbləğ 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 53,5 milyon manat və yaxud 29,3% çoxdur.