Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb

Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişməsi nəzərə alınmaqla qəbul ediləcək.
Maliyyə
30 Dekabr , 2021 09:42
Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb

Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişməsi nəzərə alınmaqla qəbul ediləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, bu zaman kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcək. Faiz dəhlizinin AMB-nin idarə heyətində müzakirəsi əvvəlki illərdə olduğu kimi 2022-ci ildə öncəsdən ictimayyətə açıqlanmış qrafikə uyğun olaraq təşkil edilməsi nəzərdə tutulur.

2022-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə bu qrafika uyğun ictimayyətə təqdim ediləcək: 28 yanvar, 18 mart, 29 aprel, 17 iyun, 29 iyul, 16 sentyabr, 28 oktyabr və 16 dekabr.

AMB-nin pul siyasəti qərarlarının verilməsi zamanı transmissiya mexanizmindəki fasilələri və xüsusiyyətləri də nəzərə alacaq. Pul siyasəti ilə bağlı qərarların rəal iqtisadi dəyişənlərə (məcmu tələb, istehsal, inflyasiya) təsiri arasındakı zaman fasiləsi bir neçə rübə çəkilə bilir. İqtisadiyyatda struktur dəyişiklikləri ilə bağlı qeyri-müəyyənliklər şəraitində təsir fasiləsi bir qədər də uzana bilər.

"İnflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin təkmilləşdirilməsi uznmüddətli dövrdə hibrid inflyasiya hədəflərinməsi rejiminə şərt əsaslı mərhələli keçid strategiyası çərçivəsində həyata keçiriləcək. Bunun üçün ilkin olaraq yeni rejimə keçidlə bağlı zəruri hazırlıq işləri görüləcək, baza şərtlərinin reallaşması başlıca prioritet olacaq", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi