2021-ci il dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-yə subsidiya formasında 33 milyon manat vəsait ayrılacaq.
“Report” xəbər verir ki, bu barədə büdcə layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidənqurması və abadlaşdırılması üçün 13,2 milyon manat vəsait ayrılacaq.