Bu ilin I yarısında Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çox olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, iyun ayında isə qonşu ölkənin iqtisadiyyatında artım tempi isə 18,7% təşkil edib.
Hesabat ayında istehsal, maliyyə və sığorta, daşınma və anbar təsərrüfatı, ticarət, mehmanxana və restoranlar, daşınmaz əmlak və tikinti sektorlarında artım qeydə alınıb. Dağ-mədən sənayesində isə azalma müşahidə olunub.