Bu ilin I rübündə Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% az olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Bununla belə, sənədə əsasən, mart ayında qonşu ölkənin iqtisadiyyatı 1 il əvvələ nisbətən 4% böyüyüb. Ötən ay Gürcüstanda maliyyə və sığorta, ticarət, istehsal, daşınmaz əmlak, elekrik enerjisi, qaz, havalandırma sistemi ilə təminat, daşınma və anbar, informasiya və kommunikasiya sektorlarında artım qeydə alınıb. Tikinti, mədən sənayesi, incəsənət, əyləncə və rekreasiya sahələrində isə azalma olub.