Gürcüstan iqtisadiyyatı mayda 12 % böyüyüb

Gürcüstan iqtisadiyyatı mayda 12 % böyüyüb Bu ilin may ayında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 11,6 % artıb.
Maliyyə
30 İyun , 2022 11:15
Gürcüstan iqtisadiyyatı mayda 12 % böyüyüb

Bu ilin may ayında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 11,6 % artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat ayında əhəmiyyətli artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, istehsal, tikinti, mədənçıxarma sənayesində qeydə alınıb.

Yanvar-may aylarında isə qonşu ölkədə iqtisadi artın 11,2 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi