“Gürcüstanın quru sərhədlərinin açılması ölkənin iqtisadi vəziyyətinə, həmçinin larinin məzənnəsinin sabitləşməsinə təsir göstərəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
Nazirin sözlərinə görə, turizmin canlanması Gürcüstan iqtisadiyyatının bərpası üçün zəmindir.
N.Turnava hava və quru yolu vasitəsilə ölkəyə turist axınlarının gəlirlərin artmasına səbəb olacağını da vurğulayıb.
Qeyd edək ki, qonşu ölkə iyunun 1-dən quru sərhədlərini açacaq.