Gürcüstanda işsizlik səviyyəsi 22 %-ə çatıb  

Gürcüstanda işsizlik səviyyəsi 22 %-ə çatıb   Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib
Maliyyə
20 May , 2021 11:23
Gürcüstanda işsizlik səviyyəsi 22 %-ə çatıb  

Bu ilin I rübündə Gürcüstanda işsizlik səviyyəsi illik müqayisədə 3,7 faiz bəndi artaraq 21,9 % təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə şəhərlərdə işsizlik göstəricisi 5,7 faiz bəndi artaraq 23,6 %, kənd yerlərində isə 0,4 faiz bəndi artaraq 19,3 %-ə bərabər olub.

Kişilər arasında bu göstərici 24,1 % (+3,3 %), qadınlar arasında isə 19,2 % (+4 %) olub.

Son xəbərlər

Orphus sistemi