“Son günlər larinin ucuzlaşması Gürcüstandakı siyasi gərginliklə əlaqəlidir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin maliyyə naziri İvane Maçavariani deyib.
Onun sözlərinə görə, radikalizmlə xarakterizə olunan bugünkü siyasi proseslər milli valyutanın məzənnəsinə təsirsiz ötüşə bilməz.
Nazir hazırkı mərhələdə larinin məzənnəsinin tərəddüd etməsi üçün obyektiv şərtlərin mövcud olmadığını vurğulayıb.