Dünyanın ən qədim hərrac mərkəzlərindən sayılan “Sotheby's”də 101,38 karatlıq almaz satışa çıxarılıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, ona 12,3 milyon ABŞ dolları qiymət qoyulub və pulu kriptovalyuta ilə ödənilib.
Hərrac mərkəzinin bununla bağlı açıqlamasında qeyd olunub ki, sözügedən sövdələşmə rəqəmsal pulların ticarət sektoruna interqrasiya baxımından önəmlidir.
Bununla belə, nəhəng almazı almış investorun kimliyi və ödənişi hansı növ kriptovalyuta ilə həyata keçirdiyi açıqlanmayıb.