Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə koordinasiyanı gücləndirməyi təklif edib.
"Report" xəbər verir ki, bu barədə Palatanın Fondun 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir.
"Azərbaycanın payına düşən karbohidrogenlərin hasilat proqnozları ilə icra göstəriciləri arasında fərqlər müşahidə edildiyindən hasilat proqnozları müəyyən edilərkən SOCAR və ABƏŞ-lə koordinasiyanın gücləndirilməsi zəruridir", - deyə sənəddə qeyd olunub.