Hesablama Palatası büdcə zərfinə dəyişikliklərə rəy verib

Hesablama Palatası büdcə zərfinə dəyişikliklərə rəy verib ​​​​​​​Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutub
Maliyyə
4 Avqust , 2020 13:52
 Hesablama Palatası büdcə zərfinə dəyişikliklərə rəy verib
Hesablama Palatası / Report

Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutub.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.

Rəylərin Milli  Məclisə təqdim edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi