Hesablama Palatası ötən il 41 nəzarət tədbirini başa çatdırıb

Hesablama Palatası ötən il 41 nəzarət tədbirini başa çatdırıb Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Maliyyə
14 Yanvar , 2021 17:26
Hesablama Palatası ötən il 41 nəzarət tədbirini başa çatdırıb
Hesablama Palatası / Report

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclas Kollegiya üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə videoformat şəklində baş tutub.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ilin yekunları ilə bağlı çıxış edərək, ilk növbədə, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun uzun illərdi işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda həyata keçirdiyi uğurlu əməliyyatların nəticəsi olaraq bu ilin Zəfər ili olaraq daima yadda qalacağını qeyd edib

Daha sonra ötən il Hesablama Palatasının fəaliyyətinə toxunan sədr 2020-ci ildə pandemiya səbəbindən xüsusi iş rejiminin tətbiq edildyini, həmçinin İş planında dəyişikliklər olunaraq tədbirlərin sayının azaldıldığını diqqətə çatdırdı, ümumilikdə ötən ildə 41 nəzarət tədbirinin başa çatdırıldığını diqqətə çatdırıb. Eyni zamanda ötən il bəzi struktur bölmələrdə işin müvafiq qaydada təşkil edilmədiyini, bir sıra nöqsanlara yol verildiyini qeyd edib.

Hesablama Palatasının sədri qarşıda duran vəzifələrə toxunaraq 2020-ci ildə fəaliyyətlə bağlı Hesabatın və 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyin tərtibinə dair müvafiq tapşırıqlarını verib.

Kollegiya həmçinin iki nəzarət tədbirinin nəticələrinə dair Auditor hesabatlarını müzakirə edərək müvafiq qərarlar qəbul edib.

Son xəbərlər

Orphus sistemi