Hesablama Palatası: “Şəffaflıqla bağlı addımlar davamlı olmalıdır”

Hesablama Palatası: “Şəffaflıqla bağlı addımlar davamlı olmalıdır” “Büdcə sistemi haqqında” qanuna əsasən, tələb olunan göstəricilər dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əsasən əks etdirilsə də, bu göstəricilərin sayı təsdiq olunmuş dövlət büdcəsinə dair Qanunda göstərilən məlumatlarla müqayisədə azlıq tə
Maliyyə
25 May , 2022 12:35
Hesablama Palatası: “Şəffaflıqla bağlı addımlar davamlı olmalıdır”

“Büdcə sistemi haqqında” qanuna əsasən, tələb olunan göstəricilər dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əsasən əks etdirilsə də, bu göstəricilərin sayı təsdiq olunmuş dövlət büdcəsinə dair Qanunda göstərilən məlumatlarla müqayisədə azlıq təşkil edir ki, bu da bəzi istiqamətlər üzrə müqayisəliliyin təmin olunmasına imkan vermir.

“Report” xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, yeni büdcə-vergi siyasətində dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı istiqamətin, habelə bu istiqamət üzrə “Açıq Büdcə İndeksi”ndə ölkəmizin mövqeyinin yaxşılaşdırılması kimi hədəfin müəyyənləşdirilməsi də dövlət büdcəsinin icrası ilə bağlı hesabatlılığı tənzimləyən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir.

Dövlət maliyyəsinin idarə edilməsi və bu istiqamətdə şəffaflığın qiymətləndirilməsi alətlərindən olan Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) büdcənin icrası ilə bağlı il ərzində təqdim edilən hesabatlara tamlıq, dürüstlük və müddət prinsipləri nəzərə alınmaqla tələbləri müəyyən edir. Bundan əlavə, Açıq Büdcə İndeksində dövlət büdcəsinin icrası ilə bağlı müxtəlif göstəricilərin aidiyyəti sənədlərə daxil edilməsi və açıqlanması ilə bağlı tələbləri müəyyən edən 34 sual mövcuddur. Post-sovet ölkələri üzrə büdcə sənədləşməsinə dair müvafiq ölkələrin qanunvericiliyinin təhlili həm dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə daxil edilən göstəricilər, həm də hesabat dövrü üzrə təqdim edilən büdcənin icrası barədə hesabat və məlumatlar üzrə ölkəmizin təcrübəsi ilə müqayisədə bəzi əlavə göstəricilərin olduğunu göstərir.

Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinə əsaslanaraq və diaqnostik alətlərin tələblərini əsas götürməklə, dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilən hesabat və məlumatların əlçatanlığı və çeşidinin artırılması üçün dövlət büdcəsinin icrası barədə sənədləşməyə daxil edilməsi məqsədilə müvafiq sənədlərin siyahısını da tənzimləyən “Büdcə sistemi haqqında” qanunun 18 və 20-ci maddəsində dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edir.

Son xəbərlər

Orphus sistemi