Azərbaycan yaxın və orta müddətdə ABŞ dollarının alıcılıq qabiliyyətinin aşağı düşəcəyini nəzərə alaraq xarici borclanmanı artırmalıdır.
“Report” xəbər verir ki, bunu deputat Heydər Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Qlobal ümumi daxili məhsulun (ÜDM) illik dəyəri 100 trilyon ABŞ dollarını keçməkdədir. Qlobal borc isə ÜDM-nin 93 %-i qədərdir. Azərbaycanda isə bu göstərici 7,5 %-dir. Yaxın və orta müddətdə dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözləndiyindən hesab edirəm ki, prioritet, yəni gəlir gətirən layihələrin maliyyələşdirilməsi üçün xarici dövlət borcunun artırılmaısna ehtiyac var. Dövlətin strategiya sənədində də borcun 10 milyard ABŞ dollarına qədər artırılması nəzərdə tutulur. İkinci təklifim isə dövlət istiqrazları bazarına fiziki şəxslərin buraxılması ilə bağlıdır. Çünki hazırda bu bazarda faizlər çox yüksəkdir və dövlət xərclərinin artmasına gətirib çıxarır", - deyə o qeyd edib.