Hindistanın dövlət neft emalı zavodu "Hindustan Petroleum Corp" Ukraynadakı müharibədən sonra Qərb ölkələrinin tətbiq etdiyi qiymət qadağaları səbəbindən Rusiya xam neftinin alışını ödəməkdə problemlərlə üzləşib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edək ki, "Böyük Yeddilik" (G7) və Avropa İttifaqının dekabrın 5-də tətbiq etdiyi sanksiyalar, yükün qiymətinin barel üçün 60 dollardan aşağı olduğu hallar istisna olmaqla, blokun üzvlərinə Rusiya neftinin ixracı üçün bank, daşıma və sığorta xidmətləri göstərməyi məhdudlaşdırır.
Oxşar məhdudiyyətlər fevralın 5-dən Rusiya neft məhsullarının ixracına da tətbiq edilib.