İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kompyuter dəstlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Htech İnvest" MMC-dir.
Qalib şirkətə 2 229,6 min manat ödəniləcək.